Yığmamız Avropa çempionu ola biləcəkmi?
Bu gün “Elit atçılıq və Polo klubu”nda polo üzrə Avropa çempionatına yekun vurulacaq. Saat 19:15-də başlayacaq finalda Azərbaycan və Almaniya komandaları üz-üzə gələcəklər.

Buna qədər isə 5-ci və 3-cü yerlər uğurnda görüşlər keçiriləcək. Saat 17:15-də İsveçrə və İtaliya komandaları 5-ci yerin, 18:15-də isə İspaniya və İrlandiya komandaları 3-cü yerin sahibini müəyyən edəcəklər.

Xəbər 1354 dəfə oxundu.