Gəncə şəhər stadionunda təmir işləri başa çatmaq üzrədir
Yarım əsrlik tarixə malik Gəncə şəhər stadionunda başlanan təmir-bərpa işləri başa çatmaq üzrədir.

25 min tamaşaçı tutumu olan stadion son vaxtlar tamamilə yararsız hala düşmüşdü. Sonuncu dəfə burada 17 il əvvəl cari təmir işləri aparılmışdı. Hazırda stadionda abadlıq-bərpa işləri gedir. Qısa vaxt ərzində meydançanın ot örtüyü tamamilə yenilənərək standartlara uyğunlaşdırılıb. Dağılmış yerlər sökülərək, yenilənib. Yeni tamaşaçı oturacaqlarının quraşdırılması isə davam etdirilir. Yaxın günlərdə Gəncə futbolçuları məşqlərini öz stadionlarında aparacaqlar. Hazırda futbolçular təlim-məşqlərini Bakıda və Yevlaxda keçirirlər.

AZƏRTAC

Xəbər 577 dəfə oxundu.