Şəhriyar və Rauf qələbə, Teymur isə heç-heçə ilə başladı
Bu gün Bakıda şahmat üzrə dünya kubokunun ilk mərhələsinə start verilib.

Oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.

Azərbaycan yarışda 6 şahmatçı ilə təmsil olunur.Təmsilçilərimizdən üçü qələbə qazandığı halda, üçü də heç-heçə edib.

Teymur Rəcəbov (Azərbaycan) - Samuel Sevyan (ABŞ) ½ - ½

Qədir Hüseynov (Azərbaycan) - Maksim Matlakov (Rusiya)1:0

Eltac Səfərli (Azərbaycan) - Çaba Baloq (Macarıstan) ½ - ½

Li Quanq Liem (Vyetnam) - Vasif Durarbəyli (Azərbaycan) ½ - ½

Rauf Məmmədov (Azərbaycan) - Yevgeni Nayer (Rusiya) 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Pouya İdani (İran) 1:0

Xəbər 651 dəfə oxundu.