Şəhriyar Məmmədyarov: Sabah qələbəni rəsmiləşdirmək istəyirəm
Bakıda keçirilən şahmat üzrə dünya kubokunda təmsilçimiz Şəhriyar Məmmədyarov ilk oyununda Pouya İdani üzərində qələbə qazanıb. Təcrübəli şahmatçımız iranlı rəqibi üzərində qələbəni belə şərh edib:

“İlk oyunlar həmişə çətin keçir. Üstəlik, rəqibim də çox güclü idi. O, gənclər arasında dünya çempionudur. Çətin oyun alındı. Amma mübarizə aparıb, qələbə qazandım. Sabah yenidən üz-üzə gələcəyik. Əlimdən gələni edəcəyəm ki, sabahkı görüşdə də qələbə qazanım. Çünki bazar günü üçüncü oyunu keçirmək istəmirəm. Növbəti mərhələyə vəsiqəni artıq sabah rəsmiləşdirmək istəyirəm”.

Dünya Kuboku mətbuat xidməti -2015

Xəbər 671 dəfə oxundu.