Polo üzrə Azərbaycan millisi Avropa çempionatının finalında Almaniya yığması ilə qarşılaşacaq
Binə Atçılıq Mərkəzində arena polo üzrə birinci Avropa çempionatı davam edir.

Sentyabrın 11-da ot örtüklü açıq meydanda keçirilən çempionatın beşinci turunda Azərbaycan komandası yenə də uğurla çıxış edib.

Turun ilk görüşündə əvvəlcə meydana Almaniya və İsveçrə milliləri çıxıblar. Sevinən tərəf Almaniya poloçuları olub-7:4.

Bu mərhələnin ikinci görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan polo ustalarının 9:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Beşinci tura İtaliya-İrlandiya oyunu ilə yekun vurulacaq.

Avropa çempionatının finalında Azərbaycan seçməsi Almaniya yığması ilə qarşılaşacaq.

Çempionatda 5 qələbə qazanan və məğlubiyyətlə üzləşməyən Azərbaycan komandası 10 xalla turnir cədvəlinə liderlik edir.

Avropa çempionatında bombardirlər siyahısına Azərbaycan seçməsinin üzvü Silvester Qarros başçılıq edir.

Yarışda qalib komanda sentyabrın 12-də müəyyənləşəcək. Görüş saat 20:30-da başlayacaq.

Xəbər 1133 dəfə oxundu.