Dünya Kubokunda birinci gedişi Azərbaycan Şahmat Federasiyasının sədri Elman Rüstəmov edib
Bakıda şahmat üzrə Dünya Kuboku yarışlarına start verilib.

Ümumi mükafat fondu 1,6 milyon dollar olan yarışlarda dünyanın müxtəlif ölkələrindən 128 şahmatçı iştirak edir.

Turnirdə birinci gedişi etmək hüququ Azərbaycan Şahmat Federasiyasının

sədri Elman Rüstəmova verilib. Federasiyanın rəhbəri turnirin reytinq-favoriti, Bolqarıstan nümayəndəsi Veselin Topalov ilə nigeriyalı Oladapo Adu arasında keçirilən oyunda ilk gedişi edib. Rəmzi mərasimdə keçmiş dünya çempionu, gürcüstanlı Nona Qaprindaşvili də iştirak edib.

Xəbər 1163 dəfə oxundu.