“Onların hər ikisi favorit adına iddia edir”
“Son 3 ildəki nəticələrimizə əsasən UEFA-nın reytinqində yüksək yerlərdə qərarlaşmışıq. Avro-2012-nin final mərhələsində məqsədimiz bunun təsadüf olmadığını göstərməkdir”. İdman.com.az saytının məlumatına görə, bu sözü futzal üzrə Serbiya yığmasının baş məşqçisi Asa Kovaçeviç deyib.

Yanvarın 31-də Xorvatiyada start götürəcək qitə birinciliyinin qrup mərhələsində Azərbaycan yığmasına rəqib olan serblər üçün millimizlə matç həlledici olacaq: “Hədəfimiz yarımfinala çıxmaqdır. Lakin bu asan olmayacaq. Çünki rəqiblərimiz Azərbaycan və Portuqaliyadır. Onların hər ikisi favorit adına iddia edir. Fevralın 1-də Azərbaycanla keçirəcəyimiz ilk qarşılaşma məqsədimizə gedən yolda ən vacib oyunumuz olacaq”.

Xəbər 1298 dəfə oxundu.