Mahir Şükürov "Rəvan"da oynamaqdan imtina etdi
"Rəvan" millimizin sabiq üzvü Mahir Şükürovu heyətinə qatmaq istəsə də buna nail olmayıb.

Şükürov Azərbaycana qayıtdıqdan sonra Mahirin keçmiş komanda yoldaşı, hazırda "Rəvan"ın baş məşqçisi olan Emin Quliyev onunla görüşərək komandasına dəvət edib.

Mahir isə düşünmək üçün vaxt istəyib. Daha sonra müqavilə ilə məxsus olduğu "Karşıyaka" ilə əlaqə quraraq belə bir variantın ortaya çıxdığını deyib. Lakin ona deyiblər ki, "Rəvan"la müqavilə bağlasa Türkiyə klubundan alacağı batacaq. Məhz bundan sonra Şükürov Emin Quliyevlə əlaqə saxlayaraq "Rəvan"a keçidinin mümkün olmayacağını bildirib.

Xəbər 1226 dəfə oxundu.