Bakı "İnter"inin sabiq futbolçusu Xorvatiya klubunda
Bakı "İnter"inin sabiq futbolçusu Matiya Şpiçiçin yeni komandası bəlli olub.

27 yaşlı futbolçu karyerasını "Osiek"də davam etdirəcək.

Xorvatiyalı futbolçu yeni klubu ilə rəsmi müqavilə imzalayıb. Lakin müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Osiek" klubu Xorvatiya çempionatında geridə qalan 8 turdan sonra 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xatırladaq ki, 2013-2015-ci illərdə "İnter"də çıxış edən Şpiçiç keçirdiyi 36 oyunda 6 qol vurub.

Xəbər 961 dəfə oxundu.