Xorvatiya yığmasını çalışdırmağa daha bir namizəd
Niko Kovaçın istefaya göndərilməsindən sonra Xorvatiya yığmasının baş məşqçisi postuna daha bir namizəd çalışdırıcının adı açıqlanıb. Ölkənin bir qrup futbol adamı bu işin Zoran Mamiçə tapşırılmasını istəyir.

Xorvatiya yığmasında futbolçu kimi 6 oyun keçirmiş Mamiç hazırda Zaqreb “Dinamo”sunun “sükanı arxası”ndadı. 2013-cü ildən paytaxt klubunu çalışdıran 43 yaşlı məşqçi “Dinamo”ya ölkə çempionluğu və kubokunu qazandıra bilib.

Təcrübəli əcnəbi məşqçi ilə danışıq aparmağa federasiyanın maddi gücü çatmır. Xorvatlar bu postu təcrübəsiz xarici çalışdırıcıya təhvil verməyin də əleyhinədilər. Odu ki, ölkənin futbol ictimaiyyətinin fikrincə, Mamiçin yeni baş məşqçi təyin edilməsi ən doğru variantdı.

Qeyd edək ki, Kovaçın yerini tutmağa digər namizəd isə Ante Kaçiçdi.

Xəbər 695 dəfə oxundu.