Hər qola görə 500 frank

İsveçrə Futbol İttifaqı qaçqınlara maddi yardım etmək qərarına gəlib. Ölkə çempionatında, həmçinin İsveçrə I divizionunda qarşıdakı tur ərzində vurulan hər qola görə qaçqınlara 500 frank (455 avro) veriləcək.

Bundan əlavə, ittifaq rəhbərliyi azarkeşlərə səslənərək, onları qarşıdakı tur ərzində oyunlara baxmaq üçün stadionlara dəvət edib.

İsveçrəli azarkeşlərdən də qaçqınlar üçün pul yığmaları xahiş edilib.

Qeyd edək ki, Avropanın bir çox ölkələri eyni addım ataraq, qaçqınlara maddi yardım göstərirlər.

Xəbər 660 dəfə oxundu.