​Bernhard Lippert Azərbaycanda klub nümayəndələri ilə görüşüb
AFFA-nın texniki direktoru Bernhard Lippert Azərbaycan Premyer Liqasında və I Divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirib. İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, görüş federasiyanın inzibati binasında baş tutub.

Tədbirdə uşaq futbolunun inkşafı ilə bağlı məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Xəbər 728 dəfə oxundu.