Elvin Əsgərov cəzalandırıldı və təynat almadı
Elvin Əsgərovun cari mövsümdəki idarəçiliyi haqda kifayət qədər yazıldı. Xüsusilə onun artıq çəkisi qabardıldı. Elə onun idfarə etdiyi oyunlarda buraxdığı səhvlərin bir səbəbi də artıq çəkisi ilə bağlıdır.

Bütün bu yaşananlar AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da diqqətindən qaçmayıb.

Mətbuata açıqlamasında tələbəsini tənqid etməsə də ikilikdə onu kifayət qədər danlayıb. Daha sonra çəkisini salması üçün 1 ay vaxt verib. Elvinin bu turda təyinat almaması da məhz onun cəzalandırılması ilə bağlıdır. Sadəcə, bunu mətbuata açıqlamırlar.

Xəbər 713 dəfə oxundu.