Azərbaycan yığması FİFA reytinqində irəliləyə bilər
Azərbaycan yığması FİFA-nın növbəti reytinq siyahısında 9 pillə irəliləyə bilər. Millimiz bu uğura AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya (0:0) və Malta (2:2) ilə oyunlardakı heç-heçələr sayəsində nail olacaq.

Belə ki, bu heç-heçələr millimizə əlavə 37 reytinq xalı qazandıracaq. Nəticədə, Azərbaycan yığması 101-ci pilləyə qalxacaq.

Qeyd edək ki, millimiz sentyabr ayı üçün açıqlanan siyahıda 291 xalla 110-cu sırada qərarlaşıb.

Xəbər 760 dəfə oxundu.