"Mançester Siti"də ciddi itki
"Mançester Siti"nin futbolçusu Bakari Sanya iki oyun buraxacaq.

Fransa millisinin müdafiəçisi Serbiyaya qarşı yoldaşlıq matçında zədələnib. Bu səbəbdən onun İngiltərə Premyer Liqasında "Kristal Palas"la matçda və Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la ilk oyunda iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, bundan əvvəl "Mançester Siti"nin futbolçusu F.Delfin zədə səbəbindən sözügedən qarşılaşmaları buraxacağı bildirilib.

Xəbər 656 dəfə oxundu.