Vüqar Əsgərov Latviya çempionatında növbəti qolunu vurdu

Latviya 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

Millimizin sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Saldus" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşün 52-ci dəqiqəsində komandasının yeganə qolunu vurub

Xəbər 899 dəfə oxundu.