Stolüstü tennis məşqçiləri üçün seminar təşkil olunur
Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası ilə birgə hazırladığı layihəyə əsasən sentyabrın 13–də Bakıda və respublikanın regionlarında fəaliyyət göstərən 30–dan çox məşqçi–müəllim üçün sertifikatlaşdırılmış seminar keçiriləcək.

Nəzəri və praktiki mərhələlərdən ibarət olacaq seminarın təşkilində əsas məqsəd azyaşlı uşaqlarla çalışan məşqçi–müəllimlərə məşq proseslərinin müasir qaydalara uyğun aparılması metodlarının öyrədilməsi, eləcə də onların təcrübələrinin artırılmasıdır.

Sentyabrın 20–dək davam edəcək seminara belaruslu təcrübəli idman mütəxəssisi Aleksey Yefremov rəhbərlik edəcək.

Xəbər 631 dəfə oxundu.