"Bankçılar" flaqmanın keçmiş baş məşqçisinə qarşı
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" qardaş ölkədə daha bir sınaq matçı keçirəcək. İdman.com.az saytı xəbər verir ki, Kaxaber Tsxadadzenin komandası Ukrayna klubu ilə qarşılaşacaq. Bu, “Volın” komandası olacaq.

Məlumatı sözü gedən komandanın baş məşqçisi Anatoli Demyanenko verib. Hansı ki, bu mütəxəssis vaxtilə “Neftçi”nin sükanı arxasında çalışırdı. Matçın yanvarın 28-də keçirilməsi nəzərdə tutulub.

Xəbər 1003 dəfə oxundu.