Dünya Kuboku: Teymur Rəcəbov 14 yaşlı erməniyə qarşı - YENİLƏNİR
Bu gün Bakıda şahmat üzrə Dünya Kubokunun ilk mərhələsinə start veriləcək. Oktyabrın 4-dək davam edəcək yarışda 45 ölkədən 128 idmançı şahmat tacına iddiaçını müəyyənləşdirəcək.

Mükafat fondu 1,6 milyon dollar olan yarışda Azərbaycan yarışda 6 şahmatçı ilə təmsil olunacaq. İlk mərhələdə Teymur Rəcəbovun daha prinsipial rəqibə qarşı oynayacağını demək olur. Millimizin lideri ABŞ-ı təmsil edən və bu ölkənin tarixində ən gənc qrossmeyster adına (13 yaşında) yiyələnən erməni əsilli Samuel Sevyanla üz-üzə gələcək. Görüşdə təmsilçimiz favorit olsa da, rəqibin ciddi müqavimət göstərəcəyi gözlənilir.

Digər idmançılarımızın da debüt matçının asan keçməyəcəyi proqnozlaşdırılır.


Dünya Kuboku
I mərhələ

Teymur Rəcəbov (Azərbaycan) – Samuel Sevyan (ABŞ)
Qədir Hüseynov (Azərbaycan) – Maksim Matlakov (Rusiya)
Eltac Səfərli (Azərbaycan) – Çaba Baloq (Macarıstan)
Li Quanq Liem (Vyetnam) – Vasif Durarbəyli (Azərbaycan)
Rauf Məmmədov (Azərbaycan) – Yevgeni Nayer (Rusiya)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pouya İdani (İran)

Xəbər 684 dəfə oxundu.