DÇ-2015: beşinci gündə 60 kq qadın, 61, 86 və 97 kq sərbəst güləşçilər yarışacaq
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələnib.

Çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, saat 22:00-da, final görüşləri isə ertəsi gün səhər saat 06:30-da başlayacaq.

60 kq
1/8 final - İrina Netreba - Hafize Şahin (TUR)

61 kq
1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev

86 kq
1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev

97 kq
1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR)

Xəbər 805 dəfə oxundu.