Tennis üzrə “US Open” turnirinin bütün yarımfinalçıları bəlli oldu
Tennis üzrə ən nüfuzlu turnirlərdən biri olan “US Open”-in bütün yarımfinalçıları müəyyənləşib. Bu mərhələyə son vəsiqəni Rocer Federer qazanıb.

Tanınmış isveçrəli raketka ustası dörddəbir finalda Fransa təmsilçisi Rişar Qaske üzərində 3:0 (6:3, 6:3, 6:1) hesablı qələbə qazanıb.

Yarımfinal mərhələsində Federer öz həmyerlisi Sten Vavrinka ilə qarşılaşacaq. ABŞ-ın açıq çempionatının finalına vəsiqə uğrunda keçiriləcək digər oyunda isə “US Open” turnirinin hazırkı çempionu Marin Çiliç və dünya reytinqində birinci yerin sahibi Novak Cokoviç üz-üzə gələcək.

AZƏRTAC

Xəbər 744 dəfə oxundu.