Cüdo Federasiyasının İdarə Heyətinin yeni üzvləri müəyyənləşdi

Azərbaycan Cüdo Federasiyasının Konfransı keçirilib. İclasda federasiyanın strukturu və İdarə Heyəti müəyyənləşib.

Sadıq Sadıqov, Elnur Məmmədli və Mikayıl İsmayılov vitse-prezident, Elmar Babanlı isə federasiyanın baş katibi seçilib. Bu barədə jurnalistlərə açıqlama verən yeni federasiyanın prezident Rövnəq Abdullayev bildirib ki, növbəti il Rio Yay Olimpiya Oyunları keçiriləcəyindən, federasiya tez bir zamanda işə başlamalıdı.

Xatırladaq ki, Cüdo Federasiyanını yeni prezidenti Rövnəq Abdullayevdir.

Xəbər 747 dəfə oxundu.