“Simurq” qələbəni əldən buraxdı
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Simurq” klubu bu gün yoxlama matçı keçirib. İdman.com.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi Gürcüstan çempionu Kutaisi “Torpedo”su olub. İlk hissəsi qolsuz başa çatan görüşdə hesab fasilədən sonra açılıb. Matçın 56-cı dəqiqəsində Tofiq Mikayılov fərqlənib. Amma "sarı-qaralar" üstünlüyünü sonadək qoruya bilməyiblər (1:1).

Xəbər 915 dəfə oxundu.