Stankoviç: “Derbinin favoriti “Milan”dı”
“İnter”in sabiq yarımmüdafiəçisi Deyan Stankovç həftə sonu keçiriləcək Milan derbisi haqda danışıb. Hazırda “İnter”in məşqçilər korpusunda yer alan serb, derbinin favoritinin “Milan” olduğunu bildirib: “Bu, çox gərgin derbi olacaq. Biz yayda əla transferlər etdik. Hazırda azarkeşlər bizdən çox şey gözləyirlər. “Milan” Çindəki derbidə, eləcə də TIM kuboku uğrunda görüşdə bizdən üstün oldu. Ona görə də mən məhz “Milan”ı derbinin favoriti qismində görürəm”.

Stankoviç rəqibin baş məşqçisi olan həmyerlisi Sinişa Mihayloviç haqda da danışıb: “Onun “Milan”ın ehtiyat oyunçular skamyasında görmək qəribə olacaq. Lakin 90 dəqiqə başa çatdıqdan sonra biz yenə də yaxın dost olaraq qalacağıq”.


Xəbər 651 dəfə oxundu.