1 milyard avroluq futbolçu
Madrid “Real”ı ulduz futbolçusu Kriştianu Ronaldonun transfer qiymətini açıqlayıb. Bu barədə “kral klubu”nun prezidenti Florentino Peres açıqlama verib.

O bildirib ki, Ronaldonu istənilən vaxt sata bilərlər. Ancaq bunun üçün qarşı tərəf tələb olunan məbləği ödəməlidi: “Əgər PSJ Ronaldonu almağı çox istəyirsə, biz onlarla danışıq aparmağa razılaşa bilərik. Ronaldonun transfer qiymətin 1 milyard avrodu. Bu məbləği ödəməyə razıdılırsa, buyursunlar”.

Qeyd edək ki, 2009-cu ildən “Real”ın formasını geyinən Ronaldo Madrid klubunda ümumilikdə 302 oyunda 313 qol vurub.

Xəbər 681 dəfə oxundu.