“Qəbələ” üçün paxlava ziyafəti
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Qəbələdə tam heyətlə ilk məşqinə çıxan eyniadlı komanda məşqdən öncə xoş sürprizlə qarşılaşıb.Futbol akademiyasının komandaları əsas komandanı məşq meydançasında alqışlarla qarşılayıblar. Ardından isə əsas heyət üzvlərinə paxlava ikram edilib.

Akademiya futbolçuları qarşısında qısa çıxış edən baş məşqçi Roman Qriqorçuk onlara təşəkkür edib və belə addımların onları daha da həvəsləndirdiyini, daha məsuliyyətli olmağa sövq etdiyini deyib.

Xəbər 716 dəfə oxundu.