"Qarabağ" "Neftçi" ilə oyunu yeni stadionunda keçirə bilər
Tofiq Bəhrsamov adına Respublika stadionunun təmirə bağlanması "Qarabağ”ın işini çətinə salıb. Belə ki, Ağdam klubununyeni bazasının taçm hazır olmaması onların yolunu "Dalğa Arena”ya salıb. Son çempion Topaz Premyer Liqasının IV turunda "Xəzər Lənkəran”ı məhz "Dalğa”da qəbul edəcək.

Amma "Qarabağ”ın sözügedən problemi uzun çəkməyəcək. Belə ki, klubun yeni stadionu yaxın günlərdə tam hazır vəziyyətdə olacaq. Əgər qarşıdakı günlərdə heç bir problem olmazsa "Qarabağ” Premyer Liqanın VI turunda "Neftçi”ni doğma arenasında qəbul edə bilər.

Xəbər 810 dəfə oxundu.