“Ağ-göylər”in sınaq matçlarında oyunu alınmır
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün qonşu ölkədə növbəti yoxlama matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, Aleksandr Starkovun komandasının növbəti rəqibi Rumıniyanın "Panduri" klubu olub. Maraqlı mübarizədə karpatlar yeganə qolla seviniblər – 1:0.

Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Niderland çempionatının lideri “AZ Alkmaar”a 1:5, Almaniyanın birinci liqa təmsilçisi “İngolstadt 04” klubuna 0:4 hesabldarı ilə uduzmuşdu.

Xəbər 914 dəfə oxundu.