“Barselona” rəhbərliyi FİFA-nın tətbiq edə biləcəyi yeni sanksiyalara görə narahatdı
“Barselona” rəhbərliyi FİFA-nın tətbiq edə biləcəyi yeni sanksiyalara görə narahatdı.

Təhlükə kataloniyalıların futbol akademiyası ilə bağlı yaranıb. İspaniya mətbuatı iddia edir ki, “Barselona”nın akademiyasına yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsi prosesində əlavə qanunsuzluqlar aşkarlana bilər.

Hazırda “Barsa” gənc istedadları akademiyaya cəlb edə bilmir. Klub rəhbərliyi FİFA-nın tətbiq etdiqi qadağanın aradan qaldırılması üçün bir neçə dəfə cəhd etsə də, buna nail olmayıb.

FİFA-nın tətbqi etdiyi qadağaya görə, “Barselona” yeni transferlərin xidmətindən 2016-cı ilin yanvarına qədər yararlana bilməz.


Xəbər 661 dəfə oxundu.