"Kəpəz" “Qəbələ”nin qəniminə qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Kəpəz" bu gün qardaş ölkədə ilk yoxlama oyununa çıxıb. İdman.com.az saytı xəbər verir ki, Gəncə klubu Qazaxıstan təmsilçisi ilə qarşılaşıb. Rəqib "Atırau" klubu olub. Adı çəkilən kollektiv bir neçə gün öncə “Qəbələ”yə qalib gəlmişdi – 2:1. Lakin 3-qat ölkə çempionumu "qara-qırmızılar"ın qisasını lazımınca alıblar. "Kəpəz"in 4 qoluna qazaxlar sadəcə 1 topla cavab verə biliblər.

Xəbər 1067 dəfə oxundu.