FİFPro narazıdı - Qətərdə keçiriləcək DÇ-nin təqvimindən
Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası Assosiasiyaları (FİFPro) 2022-ci ildə keçiriləcək dünya çempionatının təqvimindən narazıdı.

Qətərdə mundal noyabr-dekabr aylarında keçiriləcək. DÇ-nin təqvimi isə 31 yox, 28 günü əhatə edəcək. FİFPRO-nun baş katibi Teo van Seqellen bununla bağlı mətbuata açıqlama verib:

“Dörd həftə ərzində turnir keçirməyin mümkünsüzlüyündən narahatıq. Təsəvvür edirsiz, futbolçular şənbə və bazar günləri müxtəlif çempionatlarda oynayırlar. Bazar ertəsi öz ölkələrinə yollanırlar. Məşqçi onların durumu ilə tanış olur və elə həmin gün də Qətərə yollanırlar.

Onlar iki gün səyahət edirlər. Sonra isə 4-5 və yaxud 6-7 oyun keçirirlər. Bu, tamamilə ağlasığmazdı. Hər kəs bu qənaətdədi ki, belə qısa müddətdə turniri keçirmək mümkün deyil”.

Xəbər 639 dəfə oxundu.