Lam karyerasını nə vaxt başa vuracaq?
"Bavariya"nın müdafiəçisi Filip Lam karyerasını başa vuracağı tarixi açıqlayıb.

Almaniyalı futbolçu 2018-ci ildə karyerasına son qoyacağını bildirib:

"Mənim üçün hər şey aydındır. 2018-ci ildə karyeramı başa vuracam. Əgər həmin tarix üçün indidən hazırlaşsam, yaxşı olacaq. Ötən il yığmadakı karyeramı da başa vurduğumda belə etmişdim.

Hər şeyi öncədən planlaşdırmışdım və buna hazır idim. Karyeramı başa vurduqdan sonra nə işlə məşğul olacağımı bilmirəm. Bu barədə düşünməmişəm. Ancaq istənilən halda bir neçə ay istirahət edəcəm".

Xəbər 677 dəfə oxundu.