Portuqaliyalı futzalçı: Azərbaycan keçilməz rəqib deyil
Portuqaliya futzal yığmasının oyunçusu Joao Matoş Avropa çempionatının final mərhələsində ilk rəqibi olan Azərbaycan millisinə qiymət verib. İdman.com.az saytının məlumatına görə, milli üzvü yığmamızla Xorvatiyadakı sınağın çətin olacağını bildirib.

2 il öncə Macarıstanda keçirilən final mərhələsində finalda İspaniyaya uduzaraq, gümüş medalçı olan Joao uğurlu start haqda düşünür. Həmin vaxt millimizin finala yolunu məhz portuqaliyalılar bizə qalib gəlməklə, kəsmişdi:
“Azərbaycanla oyun çətin olacaq, ancaq bu rəqib keçilməz deyil. Biz bilirik ki, onların heyətində fərdi keyfiyyətləri yüksək olan oyunçular var. Ancaq eyni zamanda rəqibdəki çatışmazlıq haqda məlumatlıyıq. Əsasən müdafiə xəttində bəzi zəif cəhətləri var və bundan istifadə etməyə çalışacağıq. Öz tərəfindən deyə bilərəm ki, biz təhlükəli hücumlar edib, səhvlər etməməyə çalışmalıyıq”.

Qeyd edək ki, millimiz qrup mərhələsində Zaqrebdə fevralın 1-də Portuqaliya, 3-də Serbiya ilə oynayacaq və ilk yeri tutan yığmalar 1/4 finala çıxacaq.

Xəbər 472 dəfə oxundu.