Çunayevdən ənənəvi jest: Yenə orduda qalmağa qərar verdim
Azərbaycanlı güləşçi Rəsul Çunayev (71) Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən Dünya çempionatında qalib gəldikdən sonra ənənəvi jestini edib. O, finalda ukraynalı Armen Vardanyan üzərində qələbə qazandıqdan sonra Azərbaycan bayrağı ilə dövrə vurub və hərbi salam verib.

"Hərbi xidmətdən sonra mən orduda qalmaq istədim. Hazırda leytenant rütbəsini daşıyıram".

Qeyd edək ki, Çunayev ilk dəfə deyil ki, qalib gəldiyi görüşlərdən sonra hərbi salam verir. O, ilk dəfə ötən il dünya çempionatında bürünc medal qazanarkən belə addım atmışdı.

Xəbər 717 dəfə oxundu.