Qəbələ ilk məşqdə xoş sürpriz ilə qarşılandı
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Qəbələdə tam heyətlə ilk məşqinə çıxan yerli komanda ötən gün məşqdən öncə xoş sürprizlə qarşılaşıb. Klubun futbol akademiyasının komandaları əsas heyətin üzvlərini məşq meydançasında alqışlarla qarşılayıblar.

Ardından isə əsas heyət üzvlərinə paxlava ikram edilib. Akademiya futbolçuları qarşısında qısa çıxış edən baş məşqçi Roman Qriqorçuk onlara təşəkkür edib və belə addımların onları daha da həvəsləndirdiyini, daha məsuliyyətli olmağa sövq etdiyini deyib.

Xəbər 668 dəfə oxundu.