Malayziya - Səudiyyə Ərəbistanı futbol qarşılaşması yarımçıq dayandırılıb
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Asiya seçmələrində Malayziya və Səudiyyə Ərəbistanı yığmalarının görüşündə insident yaşanıb. Malayziyalı azarkeşlərin davranışlarından dolayı oyun yarımçıq dayandırılıb.

BƏƏ millisi ilə görüşdə qapısında 10 cavabsız top görən Malayziya görüşün 70-ci dəqiqəsində hesabı açıb. 74 və 77-ci dəqiqələrdə Səudiyyə Ərəbistanının hesabda önə keçməsi malayziyalı azarkeşləri özündən çıxarıb.

Rəqibin ikinci qolundan sonra tribunalardan meydançaya yanar maddələr atılıb. Nəticədə rəqib komanda meydançanı tərk edib və oyun yarımçıq dayandırılıb.

Xəbər 555 dəfə oxundu.