Yeniyetmə pəhləvanlar «Zenit»ə toplaşdılar
Bu gün «Zenit» İdman Cəmiyyətinin sərbəst güləş üzrə açıq birinciliyinə start verilib. İdman.com.az saytının məlumatına görə, yarışda yeniyetmə güləşçilər qüvvələrini sınayırlar. Açıq birincilikdə Bakı idmançıları ilə yanaşı, «Zenit» İC-in Gəncə və Sumqayıt Şurasının pəhləvanları da iştirak edirlər. Yarışlara sabah yekun vurulacaq.

Xəbər 1144 dəfə oxundu.