"Sevilya"nın yeni transferi sıradan çıxdı
"Sevilya"nın müdafiəçisi Adil Rami zədələnərək sıradan çıxıb.

29 yaşlı futbolçu futbolçu komandanın məşqində zədələnib. Sol ayağından zədə alan fransız futbolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Rami bu yay İtaliyanın "Milan" klubundan "Sevilya"ya transfer olunub.

Xəbər 715 dəfə oxundu.