“İnter” Gürcüstandan qalib qayıdıb,Bakıda hazırlaşır
Avro 2016-nın seçmə mərhələsi oyunlarına görə, Topaz Premyer Liqasında yaranan fasilə çərçivəsində Bakının "İnter” klubunun Gürcüstanda təlim – məşq toplanışı keçirməsindən xəbərdarsınız. "İnter” artıq Bakıya qayıdıb. Ozü dəqələbə ilə. Belə ki, "Bankirlər” qonşu ölkədə bir yoxlama oyunu keçiriblər. "Quriya” komandası ilə baş tutan görüş "bankirlər”in 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Bakıda olan "İnter” hazırlıqlarını davam etdirir. "Qəbələ” iləoyuna hazırlaşan "İnter”in heyətində İvan Benitez zədədən əziyyət çəkir.

Qeyd edək ki, "İnter” – "Qəbələ” matçı sentyabrın 12-də baş tutacaq.

Xəbər 675 dəfə oxundu.