Elmar Baxşiyev: Millimiz Malta ilə oyunda məzmunlu oyun sərgilədi
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş oyunu şərh edib. Açıqlamasında o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Azərbaycan yığması çox məzmunlu futbol sərgilədi. Topa nəzarət millimizdə idi, kombinasiyalı hücumlar təşkil edirdik. Sadəcə, müdafiəçilərin bəzi epizodlarda konsentrasiyanı itirməsi qapımıza qollar vurulması ilə nəticələndi. Yığmamızda inkişaf hiss olunur. Baş məşqçi futbolçuların özünə inanmasına nail olmuşdu. Bədavi Hüseynovun səhvlərinə gəlincə, bundan heç bir futbolçu sığortalanmayıb. Bədavi həm yığmamızın, həm də "Qarabağ"ın oyunlarında həmişə inamlı çıxışı ilə seçilib. Hamı səhv edə bilər. O, hələ Azərbaycan futboluna çox kömək edəcək. Bu tsikli qurban vermək lazım deyil. Yığmada eksperiment aparmaq olmaz.

Növbəti tsiklə hazırlaşmaqla bağlı açıqlamalarla azarkeşləri aldatmağa da ehtiyac yoxdur. Bu gün yığmamız gənclərdən qurulub. Əlbəttə, Rəşad Sadıqov, Rahid Əmirquliyev kimi təcrübəli futbolçular da var. Onlar komandada ən yaxşılardandır".

Xəbər 768 dəfə oxundu.