Messinin vurduğu qol olduqca baxımlı alınıb
Argentina ilə Meksika yığmalarının yoxlama görüşündə qüvvələrini sınadığı barədə məlumat vermişdik.

2:2 hesabı ilə başa çatan görüşdə Argentinanı məğlubiyyətdən Messinin 89-cu dəqiqədə vurduğu qol xilas edib. “Barselona”nın futbolçusunun vurduğu qol olduqca baxımlı alınıb.

Serxio Aquerodan əla ötürmə alan Leo iki toxunuşla topu Moyzes Munosun ayaqları arasından tora qovuşdurub. Argentinanın heyətində digər qolu Serxio Aquero vurub.

Xəbər 704 dəfə oxundu.