Məmmədyarova bacıları beynəlxalq turnirdə 12-13-cü yerləri bölüşdürüblər.
Yunanıstanın Rodos adasında keçirilən “Koloss” beynəlxalq şahmat turniri başa çatıb. Turnirdə 15 ölkədən 70 şahmatçı qələbə uğurunda mübarizə aparırdı. Ölkəmizi Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edirdilər.

9 turdan ibarət keçirilən yarışın sonuncu turunda Türkan Məmmədyarova Fillandiya təmsilçisi Yoni Yiyola ilə xalları yarı bölüb. Zeynəb Məmmədyarova isə Almaniya şahmatçı Dmitriy Kollarsa məğlub olub. Beləliklə, 9 turdan sonra Türkan Məmmədyarova və Zeynəb Məmmədyarova hərəyə 5.5 xal toplayaraq 12-13-cü yerləri bölüşdürüblər.

Turnirin qalibi adını isə 9 oyundan 7 xal toplayan Paraqvay təçmsilçisi Aksel Baxman qazanıb.

Xatırladaq ki , yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

Xəbər 801 dəfə oxundu.