"Baku Open 2015" C turnirində 5 hakimiyyətlilikdir
Respublika Şahmat Mərkəzində Azərbaycan Respublikasının Müstəqilliyinə həsr olunmuş “ Baku Open 2015” beynəlxalq şahmat festivalının C turnirində ( 12 yaşadək uşaqlar arasında) 3-cü turun görüşləri yekunlaşıb.

3 turdan sonra Altay Eynullayev,Xəzər Babazadə,Zaur Balayev,Sənan Əliyev və Xəqani Qarayev hərəyə 3 xal toplayaraq zirvəni bölüşürlər.11 zəka sahibi (Abusəddin Mollayev,Rahim Əliyev,Elnur Teymurov,Mehin Taba-Tabai,Mikayıl Fərhadov,Həsən Əhmədli, Leyla Kin ,Fərhad Fərhadlı,İbrahim Seyidov,Zaur Hacıyev və Alperen Kanlı) liderlərdən yarım xal az toplayaraq 2.5 xalla 6-16-cı yerləri bölüşdürürlər.

Yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarından, 90 zəka sahibi qələbə uğurunda mübarizə aparır. Turnir isveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir və sentyabrın 14-də başa çatacaq.

Xəbər 655 dəfə oxundu.