"Qarabağ" makedoniyalı futbolçu ilə müqavilə imzalayıb
"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klub rəsmisi bildirib ki, makedoniyalı Vladimir Dimitrovski ilə 1+1 illik müqavilə imzalanıb. Əvvəllər heyətində çıxış etdiyi klubda yaranan problemlərlə bağlı Ağdam təmsilçisinin yeni transferi Avropa Liqasının qrup mərhələsində çıxış edə bilməyəcək. 26 yaşlı müdafiəçi yanvara qədər yalnız ölkə çempionatı və kubok oyunlarında forma geyinəcək.

Ə.Çəlikəl komandanın "Tottenhem"lə oyun üçün İngiltərəyə gedəcəyi vaxtını da açıqlayıb. Onun sözlərinə görə Qurban Qurbanovun komandası sentyabrın 15-də yola düşəcək.

"Report"

Xəbər 641 dəfə oxundu.