Azərbaycanlı futbolçu Rusiya millisində dubl etdi | |
"Avro-2017"nın seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət yığmamızın yer aldığı 7-ci qrupda daha iki oyun keçirilib. Avstriya öz meydanında Rusiyanı qəbul edib. Yeddi qolun vurulduğu görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Rusiya millisinin heyətində əslən azərbaycanlı olan Ramil Şeydayev dublla yadda qalıb. Matçın 41-ci dəqiqəsində komandasının ilk qolunu vuran Şeydayev 64-cü dəqiqədə penaltidən fərqlənib. Qeyd edək ki, qrupumuzun digər oyununda Finlandiya doğma meydanda Farer adalarını 3:0 hesabı ilə məğlub edib. |
|
Xəbər 702 dəfə oxundu. |
|
|