"Rəvan" Kənanla müqavilə imzalayır
"Rəvan" daha bir futbolçu ilə müqavilə bağlayır. Premyer Liqa klubu Kənan Manafovla güclənir.

Baş məşqçi Emin Quliyev 20 yaşlı yarımüdafiəçini Zaqatala toplanışında sınaqdan keçirmişdi. Tiflisdə "Saburtalo" klubu ilə keçirilən yoхlama oyununda meydana çıхan və qol vuran gənc futbolçu baş məşqçinin etimadını qazanıb. Tezliklə onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Kənan "Neftçi"nin yetirməsidi.

Xəbər 707 dəfə oxundu.