Derbi öncəsi "İnter"də ciddi itki
"İnter"in müdafiəçisi Xuan Miranda dünən keçirilən ABŞ - Braziliya (1:4) matçında ciddi xəsarət alıb.

31 yaşlı braziliyalı futbolçu görüşün 23-cü dəqiqəsində dizindən zədələnərək meydanı tərk etməli olub.

Qeyd edək ki, Mirandanın İtaliya A Seriyasında sentyabrın 13-ü baş tutacaq "İnter" - "Milan" derbisində oynamayacağı gözlənilir.

Xəbər 817 dəfə oxundu.