AFFA “Bakı”ya yardımı dayandırdı
Bildiyiniz kimi, bir müddət idi “Bakı”nın Futbol Akademiyasında çalışan məşqçilərin maaşını AFFA ödəyərdi.

Artıq 2 aya yaxındır ki, federasiya bu yardımı dayandırıb.

Akademiyada çalışan məşqçilərin yaydan bəri maaş ala bilməmələri də bununla bağlıdır. Klubun icraçı direktoru bunun üçün AFFA-dan yardım istəsə də “artıq pulumuz yoxdur” deyib geri çeviriblər. Hazırda klubun sahinbi Hafiz Məmmədov öz gücümnə bu problemi həll etməyə çalışır.

Qeyd edək ki, AFFA “Bakı”ya ayda 10 min manata yaxın pul ayırırdı.

Xəbər 628 dəfə oxundu.