"Hədəfimiz Avropa Liqasının "pley-off"una yüksəlməkdir"
"Yaxşı və çətin qrupa düşmüşük. "Borussiya" avrokubokların təcrübəli və döyüşkən komandasıdır. Qrupun nominal lideri onlardır".

Bu sözləri "Krasnodar"ın futbolçusu Vladimir Bıstrov klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqda danışan 31 yaşlı futbolçu hədəflərinin pley-off mərhələsinə yüksəlmək olduğunu bildirib:

"Məqsədimiz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün mübarizə aparacağıq. Ötən mövsüm qrup mərhələsində uğurlu çıxış edə bilmədik. Ancaq bu dəfə güclü olduğumuzu sübut etməyimiz üçün yaxşı şans var".

Qeyd edək ki, C qrupunda qərarlaşan "Krasnodar" "Qəbələ" (Azərbaycan), "Borussiya" (Dortmund, Almaniya) və PAOK-la (Yunanıstan) mübarizə aparacaq.

Xəbər 741 dəfə oxundu.