“Sumqayıt” da alman klubu ilə gücünü yoxlayacaq
“Sumqayıt” klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. İdman.com.az saytı xəbər verir ki, komanda qonşu ölkədə sabah növbəti yoxlama oyununa çıxacaq. Bernard Raabın komandası Almaniyanın “Dinamo” (Drezden) klubunun əvəzediciləri ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 17:00-da “Arcadia Limak” mehmanxanasının stadionunda baş tutacaq.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti iki oyununda 2-ci Bundesliqa təmsilçisi “Paderborn”a (0:4) və Rusiya 1-ci liqasında mübarizə aparan “Fakel”ə (0:1) məğlub olmuşdu.

Xəbər 954 dəfə oxundu.